Ekvadorda silahlı hücum: 5 ölü, 8 yaralıbackend

Ekvadorda silahlı hücum: 5 ölü, 8 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika ölkəsi Ekvadorda bir evə silahlı basqın nəticəsində 5 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb. Əraziyə çoxlu sayda təhlükəsizlik qüvvələri göndərilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, motosikletli silahlı şəxslər Quayaquil şəhərinin Trinitaria rayonunda evə basqın ediblər.

Silahlı hücumda evdə olan 5 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb.

Ölənlər arasında bir polis məmuru və bir qadının olduğu paylaşılıb.

Hadisə şahidlərinin ifadələrindən məlum olub ki, hücumu motosikletdə olan 3 nəfər həyata keçirib.

Bölgəyə çoxlu sayda təhlükəsizlik qüvvələri göndərilib.