“Əl-Cərida”: SEPAH “Hizbullah”ı elektromaqnit bombalarla təmin edirbackend

“Əl-Cərida”: SEPAH “Hizbullah”ı elektromaqnit bombalarla təmin edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“SEPAH “Hizbullah”ı elektromaqnit bombaları ilə təmin edir”.

interpress.az xəbər verir ki, bu barədə Küveytin “Əl-Cərida” qəzeti məlumat yayıb. Nəşr yazır ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) düşmənin rabitə sistemlərini və radarlarını sıradan çıxara bilən elektromaqnit bombalarını “Hizbullah”a təhvil verib.

İranlı mənbə qəzetə bildirib ki, bu bombalar sabit buraxılış qurğularından buraxıla bilər, bəziləri isə pilotsuz təyyarələrlə daşına və İsrailin dərinliklərində istənilən nöqtəyə çata bilər.

Həmçinin mənbəyə görə, Tehran Livan partiyasına, Husilərə və Həşd əş-Şabiyə bölgədəki İsrail və Amerika radarlarından asanlıqla yan keçə bilən çoxlu sayda “gizli uçan aparatlar” verib.

Xuraman Etibarlı

İnterpress.az