Əməkdar artist Cavanşir Məmmədov vəfat etdibackend

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Cavanşir Məmmədovla bağlı aprelin 20-də saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

İnterpress.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

“Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb”, – məlumatda deyilir.

Qeyd edək ki, C.Məmmədov 1954-cü ildə anadan olub.