Energetika BÖHRANI: Kubada dizel və mazut TÜKƏNDİbackend

Energetika BÖHRANI: Kubada dizel və mazut TÜKƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kuba ABŞ-nin neft blokadası səbəbindən dizel və mazutsuz qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Kuba rəsmiləri ölkədəki yanacaq böhranının kritik həddə çatdığını açıqlayıb.

Ölkənin energetika naziri vəziyyəti “bizim nə mazutumuz, nə də dizelimiz var” sözləri ilə ifadə edib.

Nazirin sözlərinə görə, ölkənin öz neft hasilatı Kubanın tələbatının yarısını belə qarşılamaq iqtidarında deyil.

Yaranmış yanacaq çatışmazlığı fonunda adada kütləvi elektrik enerjisi kəsilmələri başlayıb.

Böhranla mübarizə çərçivəsində hakimiyyət yanacağa tətbiq olunan sabit qiymətlərdən imtina etmək qərarına gəlib.

Ekspertlər yanacaq böhranının ölkə iqtisadiyyatına və əhalinin sosial vəziyyətinə ciddi zərər vura biləcəyini proqnozlaşdırırlar.

Xuraman Etibarlı

İnterpress.az