“Ərdoğanın ABŞ səfərinin təxirə salınması ilə Vaşinqtonun heç bir əlaqəsi yoxdur” – Türkiyəli jurnalistbackend

“Ərdoğanın ABŞ səfərinin təxirə salınması ilə Vaşinqtonun heç bir əlaqəsi yoxdur” – Türkiyəli jurnalist

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Ərdoğanın ABŞ səfərinin təxirə salınması ilə Vaşinqtonun heç bir əlaqəsi yoxdur.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə hökumətinə yaxın jurnalist Hande Fırat öz mənbələrinə istinadən məlumat verib.

O qeyd edib ki, HƏMAS rəhbərliyi ilə Türkiyə hakimiyyətinin nümayəndələri arasında görüş ABŞ üçün problem deyil, “əksinə, açıq ünsiyyət kanallarının saxlanması baxımından müsbət hesab olunur”.

Aprelin 28-də Türkiyənin T24 xəbər saytı bildirib ki, Ankaranın Şimali İraqda planlaşdırdığı hərbi əməliyyatla bağlı fikir ayrılıqları və Türkiyə tərəfinin iqtisadi gözləntiləri Ərdoğanın səfərinin guya pozulması ola bilər.

Aprelin 26-da “Haber Global” telekanalı amerikalı rəsmiyə istinadən səfərin ləğv edildiyini açıqlayıb.

Xuraman Etibarlı

İnterpress.az