Nə Ermənistanın Baş naziri, nə də “Vətəndaş müqaviləsi” partiyası Nikol Paşinyanın istefa vermək məsələsini kiminləsə müzakirə etmək niyyətindədir.
İnterpress.az-ın “Hraparak“a istinadən xəbərinə görə, bunu hakim partiyanın deputatı Sarkis Xandanyan deyib.
O bildirib ki, ölkədə heç bir siyasi qüvvə hakimiyyətin legitimliyinə şübhə ilə yanaşa bilməz.
Xandanyanın sözlərinə görə, istənilən ölkədə hakimiyyət demokratik və legitim seçki yolu ilə dəyişdirilə bilər.