“İsrailin İrana zərbələri üçün Azərbaycan ərazisindən istifadə qərarı ABŞ tərəfindən veriləcək”.
İnterpress.az xəbər verir ki, bunu Livanda nəşr olunan “Azdak” qəzetinin baş redaktoru Şaan Qantaaryan erməni mediasına müsahibəsində deyib.
O bildirib ki, nəzəri olaraq, İsrail İranı Azərbaycan ərazisindən vura bilər.
“Hazırkı anti-İran müharibəsi Azərbaycan tərəfi üçün risklərlə doludur. İsrail İranı Azərbaycan ərazisindən vura bilər. Ona görə də Bakı bu riskləri ölçməlidir.
Bu halda Azərbaycan təkbaşına qərar qəbul etməyəcək və hər şey Ankara ilə razılaşdırılacaq.
Türkiyədə yerli seçkilərdən sonra Ankaranın ABŞ-dən asılılığı artıb. Bu o deməkdir ki, ABŞ-nin icazəsi olmadan Türkiyə Azərbaycana icazə verə bilməyəcək.
Biz İranla ABŞ arasında münasibətlərin gərginliyin pik həddə olduğu bir vəziyyətdən danışırıq. O zaman güman etmək olar ki, Azərbaycana öz ərazisini İrana hücumlar üçün əlverişli etmək tapşırığı veriləcək. Amma bu gərginlik azalıb”, – Qantaaryan çərənləyib.
Onun sözlərinə görə, bu zəifləmə hazırda Qərbin əsas rəqibi olan Rusiyanın təcrid olunması ilə bağlıdır.
Xuraman Etibarlı
İnterpress.az