Ermənilər Gürcüstan və İrana gedən magistral yolları bağladılar – FOTObackend

Ermənilər Gürcüstan və İrana gedən magistral yolları bağladılar – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda etirazçılar Gürcüstan və İrana gedən magistral yolları bağlayıblar.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediasdı məlumat yayıb. Bildirilir ki, ermənilər Gürcüstan və İrana gedən magistral yolları bağlayıblar.

Onların sözlərinə görə, aksiya İrəvandakı etiraz hərəkatına dəstək əlaməti olaraq keçirilir.

Xatırladaq ki, mayın 4-də Azərbaycan kəndlərinin Bakıya qaytarılmasına etiraz edənlər Tavuş bölgəsindən İrəvana yürüşlə yola düşüblər.

Mayın 9-da Ermənistanın paytaxtına gələn yürüşün təşkilatçısı, arxiyepiskop Baqrat Qalstanyan baş nazir Paşinyanı istefaya çağırıb.

Daha sonra o, parlament müxalifətinin üzvləri ilə Ermənistan hökumətinin başçısının impiçmentini müzakirə etdiyini bildirib.

Bu gün İrəvanda itaətsizlik aksiyası keçirilib və axşam saatlarında növbəti nümayiş planlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az