Ermənilər İrəvan-Sevan magistral yolunu BAĞLADILARbackend

Ermənilər İrəvan-Sevan magistral yolunu BAĞLADILAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilər İrəvan-Sevan yolunun qarşısını kəsiblər.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, aksiya iştirakçıları bir saat İrəvan-Sevan avtomobil yolunun bağlayıblar, daha sonra yolu açmalı olublar.

Aksiya iştirakçıları bəzilərinin məşəl yürüşündə iştirak etmək üçün İrəvana getdiyini qeyd ediblər.

“Nikol Paşinyan kimdir? Biz Ermənistanın baş nazirini tanımırıq.

Əgər türklə həyat yaxşıdırsa, qoy (Ermənistan hakimiyyəti – red.) Əliyevdən xahiş etsin ki, onlara bir kənd ayırsın, bu 100 nəfər də gedib onlarla yaşasın. Biz onlarla yaşamaq istəmirik”, – magistral yolu bağlayan ermənilər deyib.

Xuraman Etibarlı

İnterpress.az