Ermənistan Daxili İşlər Nazirliyi hər ehtimala qarşı etirazçıları polisin qanuni tələblərinə tabe olmağa çağırıb.
İnterpress.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə polisin açıqlamasında bildirilir
İrəvandakı Respublika meydanında keçirilən aksiyada bəzi iştirakçılar polisi vurub.
“Daxili İşlər Nazirliyinin polisi qanunla onlara həvalə edilmiş funksiyaları yerinə yetirməkdə davam edir.
İstənilən qanunsuz əmələ müvafiq cinayət-hüquqi qiymət veriləcək.
Etirazçıları qanunu pozmamağa və polisin qanuni tələblərinə tabe olmağa çağırırıq”, – deyə məlumatda qeyd olunub.
Xuraman Etibarlı
İnterpress.az