Ermənistan müxalifəti yenidən aksiya keçirirbackend

Ermənistan müxalifəti yenidən aksiya keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan müxalifəti yenidən paytaxt İrəvanda “Fransa” meydanında etiraz aksiyasına başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Aksiya iştirakçıları dövlət strukturlarının binalarının qarşısından keçməyi, öz iradlarını səsləndirməyi planlaşdırır. Bunun ardınca etirazçılar yenidən “Fransa” meydanına qayıtmağı planlaşdırırlar.

Xatırladaq ki, Ermənistanda aprelin 25-dən etibarən ölkənin Baş naziri Nikol Paşinyana qarşı aksiyalar təşkil edilir. Etirazçılar Paşinyanın və cari hökumətin istefasını tələb edirlər.