Ermənistan prezidenti ölkəsindəki böhrandan danışıbbackend

Ermənistan prezidenti ölkəsindəki böhrandan danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın və onun xalqının beynəlxalq münasibətlərdə obrazı mənfidir.

Erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin prezidenti Armen Sarkisyan deyib.

O bildirib ki, Ermənistan ictimai rəy uğrunda mübarizəni uduzub:

“Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır. Beynəlxalq münasibətlərdə də böhran var, çünki ölkəmizin və xalqımızın obrazı mənfidir. Erməni xalqı Dağlıq Qarabağ münaqişəsinin nəticələri ilə əlaqədar mənəvi-psixoloji zərbə alıb”.

İnterpress.az