Ermənistan səfirliyi Suriyadan gələn ermənilərə pulsuz giriş vizası verir.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb
Ermənistanın Dəməşqdəki səfirliyi və Hələbdəki baş konsulu hazırda Beyrutdan fəaliyyətini davam etdirir.
Son dörd gün ərzində səfirliyin qaynar xəttinə lazımi sənədlərin, əsasən də Ermənistana giriş vizasının qeydiyyatı və verilməsi ilə bağlı suallar daxil olub.
Bütün bu hallarda Ermənistan səfirliyi lazımi yardımı göstərib, o cümlədən Suriyadan gələn ermənilərə pulsuz viza təqdim edib.
Xuraman Etibarlı
İnterpress.az