Ermənistana gələcək hərbi yardım Hindistanda keçirilən parlament seçkilərinin nəticələrindən asılıdır
İnterpress.az xəbər verir ki, bu barədə erməni ingilisdilli “MassisPost” saytı yazır.
Hindistanda aprelin 19-da (təxminən 970 milyon seçici) dünyanın ən böyük parlament seçkiləri başlayıb və onun nəticələri iyunun 4-də açıqlanacaq.
Hindistanın Cənubi Qafqazda xarici siyasət istiqaməti, xüsusilə Ermənistana hərbi yardım göstərməsi məhz bu seçkilərin nəticələrindən asılı olacaq.
Hazırkı baş nazir Modinin qələbəsi ilə Hindistan Ermənistana silah tədarükünü artıracaq. Bu seçimin əsas səbəblərindən biri də Azərbaycan və Türkiyə ilə sıx əlaqələr saxlayan Pakistana verilən cavabdır.
Nəşr qeyd edir ki, ölkənin ən qədim siyasi partiyası olan Hindistan Milli Konqresinin qalib gələcəyi təqdirdə vəziyyət kəskin şəkildə dəyişəcək. İkincisi Osmanlı İmperiyası dövründən Türkiyə ilə sıx bağlıdır.
Xuraman Etibarlı
İnterpress.az