Ermənistanda bankı partlatmaqla hədələyən şəxs saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, 50 yaşlı Byureqavan sakini saat 17:20 radələrində qumbara ilə Ermənistan bankının Abovyandakı filialına gəlib.
Nazirlikdən verilən məlumata görə, danışıqlar nəticəsində o, təslim olub və partlayıcı qurğunu hüquq-mühafizə orqanlarının əməkdaşlarına verib.
Bundan əvvəl kriminal xronika saytı məlumat vermişdi ki, həmin şəxs evini banka girov qoyub və onu geri ala bilməyib.
Xuraman Etibarlı
İnterpress.az