Ermənistanda katolik mərkəzinin 15 tərbiyəçisi infeksiya ilə xəstəxanaya YERLƏŞDİRİLDİbackend

Ermənistanda katolik mərkəzinin 15 tərbiyəçisi infeksiya ilə xəstəxanaya YERLƏŞDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gümrüdə katolik kilsə mərkəzinin 15 tərbiyəçisi xəstəxanaya yerləşdirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Yoluxucu Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.

Gümrü şəhərində yerləşən katolik kilsə mərkəzinin 15 tərbiyəçisi yoluxucu xəstəliklər şöbəsinə çatdırılıb. Xəstələrin vəziyyəti hazırda qənaətbəxş qiymətləndirilir.

Mütəxəssislər tərəfindən aparılan laboratoriya müayinələri nəticəsində içməli su nümunələrində hər hansı bir pozuntu və ya çirklənmə faktı aşkar edilməyib.

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.

Yoluxmanın mənbəyinin müəyyənləşdirilməsi üçün tibbi-epidemioloji araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az