Ermənistanda Respublika Speleoterapevtik Mərkəzinin rəhbərliyinə CİNAYƏT İŞİ AÇILDIbackend

Ermənistanda Respublika Speleoterapevtik Mərkəzinin rəhbərliyinə CİNAYƏT İŞİ AÇILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Respublika Speleoterapevtik Mərkəzində dələduzluq aşkar edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Respublika Speleoterapevtik Mərkəzinin direktoru və iki əməkdaşı sənədləri saxtalaşdırmaqla xüsusilə külli miqdarda dələduzluqda ittiham olunurlar.

İş materiallarına görə, dövlətə 10 min dollar ziyan dəyib.

Onlar 2017-2022-ci illərdə 20 aztəminatlı şəxsin adına 256 saxta tibbi müqavilə tərtib edərək, onların məlumatlarını “ARMED” vahid səhiyyə sisteminə daxil ediblər. Onların əməlləri nəticəsində dövlətə 4,5 milyon dram (11 min dollardan çox) məbləğində ziyan dəyib.

İlkin araşdırma zamanı 20 nəfərin tibbi sənədləri götürülərək yoxlanılıb. Məlum olub ki, həmin şəxslərdən bəziləri sorğu vərəqlərində göstərilən müddətdə Ermənistandan kənarda olub, digərləri isə mərkəzdə müalicə alıblar, lakin başqa vaxtda.

Xuraman Etibarlı

İnterpress.az