Ermənistanda təqsirləndirilən şəxs hökmü eşidən kimi məhkəmə zalından qaçıbbackend

Ermənistanda təqsirləndirilən şəxs hökmü eşidən kimi məhkəmə zalından qaçıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın paytaxtı İrəvanda 38 yaşlı kişi hökmü dinlədikdən dərhal sonra məhkəmə zalından qaçıb.

Bu barədə İnterpress.az Ermənistan KİV-inə istinadən xəbər verir.

Bildirilib ki, o, qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı qurğular əldə etmək, satmaq, saxlamaq, daşımaqda ittiham olunub.

Hadisə ilə bağlı Ermənistan Daxili İşlər Nazirliyinin Maştots polis idarəsində araşdırma aparılır.