Ermənistanın İstintaq Komitəsi Kotaykda baş verən təyyarə qəzasından sonra cinayət işi açıb.
interpress.az xəbər verir ki, bu barədə erməni mediasına departamentin mətbuat katibi Qor Abramyan bildirib.
O deyib ki, İstintaq Komitəsi Yeqvardda təyyarə qəzası və iki nəfərin ölümü ilə bağlı cinayət işi açıb,
“İş Cinayət Məcəlləsinin 539-cu maddəsi (hərbi təyyarələrin uçuş və ya onlar üçün hazırlanması qaydalarını pozma, buna görə maksimum cəza on il müddətinə azadlıqdan məhrumetmədir) ilə açılıb.
O əlavə edib ki, hadisə yerində müstəntiqlər işləyir.
Bundan əvvəl Daxili İşlər Nazirliyinin xilasetmə xidməti An-2 təyyarəsinin Kotayk vilayətinin Yeqvard şəhəri yaxınlığında qəzaya uğraması barədə məlumat yayıb.
Təlim təyyarəsinin qəzaya uğraması nəticəsində baş leytenant Armen İsaxanyan və kursant Armen Xaçatryan ölüb.
Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan qəzaya uğrayan təyyarənin təlim təyyarəsi olduğunu və Müdafiə Nazirliyinin balansında olduğunu təsdiqləyib.
Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyi təyyarənin qəzaya uğramasının səbəblərini açıqlamayıb.
Xuraman Etibarlı
İnterpress.az