Ermənistandan ağ balığın ixracına QADAĞA QOYULDUbackend

Ermənistandan ağ balığın ixracına QADAĞA QOYULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistandan ağ balığın ixracına müvəqqəti qadağa qoyulub.

İnterpress.az xəbər verir ki, bu barədə  müvafiq qərar Ermənistan hökumətinin mayın 30-da keçirilən iclasında qəbul edilib. Qərar iyulun 2-dən qüvvəyə minir.

Bildirilir ki, Ermənistandan ağ balığın ixracına müvəqqəti (altı aylıq) qadağa tətbiq edilib.

Qeyd olunur ki, Sevanda sənaye üsulu ilə ağ balıq ovunun tənzimlənməsi nəticəsində son illər göldə balıqların biokütləsində artım müşahidə edilib. Lakin bu tendensiya hələ də çöl balıqlarının normal böyüməsini və optimal sayını təmin etmir.

Xuraman Etibarlı

İnterpress.az