“Ermənistanın təhlükəsizliyinə təhdidlər bir neçə ölkədən gəlir”.
İnterpress.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan bildirib.
Onun sözlərinə görə, bu təhdidlər ölkənin mövcudluğuna, suverenliyinə və müstəqil qərar qəbul etmək qabiliyyətinə qarşı yönəlib.
O, mötərizələri açmaq istəmədiyini bildirib.
“Biz gündəlik olaraq bu riskləri təhlil edirik və baş nazirə məlumat veririk”, – Qriqoryan əlavə edib.
Xuraman Etibarlı
İnterpress.az