Tallinndəki hərbi qəbiristanlıqda sovet əsgərlərinin məzarlarını açmağa başlayıblar.
İnterpress.az xəbər verir ki, bu barədə “Postimees” qəzeti yazır. Bildirilir ki, Tallinndəki hərbi qəbiristanlıqda sovet əsgərlərinin məzarlarını açırlar.
Onların Estoniya memorialına keçidə mane olduqları iddia edilir.
Əvvəlcə Estoniya Müharibə Muzeyi 16 qəbri başqa yerə köçürmək niyyətində idisə, indi onların sayı 38-ə çatıb.
Muzeyin direktoru Hellar Lill deyir ki, qalıqlara “ləyaqətlə yanaşılacaq”.
Fevral ayında çəkilmiş fotoda onların yol açmaq niyyətində olduqları abidənin görünüşü əks olunub.
Xuraman Etibarlı
İnterpress.az