FETÖ hərəkatı Baydenə məktub hazırlayıb və onu Türkiyə hakimiyyətinə təzyiq göstərməyə çağırıb.
interpress.az xəbər verir ki, bu barədə “Türkiye Gazetesi” məlumat yayıb.
Məktubda Türkiyədə saxlanılan təşkilat üzvlərinin azadlığa buraxılması tələbi qeyd edilir.
Qeyd olunur ki, FETÖ iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO sammitinə bir neçə gün qalmış Ağ Evə məktub göndərmək niyyətindədir.
Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdini təşkil edən Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ hərəkatı Körfəz ölkələri, Pakistan və Türkiyənin özündə terror təşkilatı kimi tanınır.
Xuraman Etibarlı
İnterpress.az