Filippində küçə yeməkləri yeyən turist ağır xəstəliklə QAYITDI – FOTObackend

Filippində küçə yeməkləri yeyən turist ağır xəstəliklə QAYITDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippinə tətilə gedən rusiyalı ağır xəstəliklə qayıdıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskva vilayətinin sakini Filippinə tətilə gedib və xəstəliklə qayıdıb.

Müayinə zamanı həkimlər tape qurdları olan üç kista aşkar ediblər. Oğlan yerli küçə yeməklərini yedikdən sonra az qala ölümdən dönüb.

29 yaşlı səyahətçi tətildən iştahsızlıq, qusma və şiddətli qarın ağrısı ilə qayıdıb.

Həkimlər parazit yumurtaları olan exinokok kistalarını aşkar ediblər. Onlardan biri az qala partlayacaqdı, amma xəstəni əməliyyat etdirə biliblər. İndi artıq o sağalır.

Xuraman Etibarlı

İnterpress.az