Fransa BCM-nin Netanyahunun həbsinə order verilməsi tələbini DƏSTƏKLƏDİbackend

Fransa BCM-nin Netanyahunun həbsinə order verilməsi tələbini DƏSTƏKLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa BCM-nin Netanyahu və HƏMAS liderlərinin həbsinə order verilməsi tələbini dəstəkləyib.

İnterpress.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

“Fransa Beynəlxalq Cinayət Məhkəməsini (ICC), onun müstəqilliyini və bütün hallarda cəzasızlıqla mübarizəni dəstəkləyir”, – bəyanatda  deyilir.

Belə ki, Paris BCM prokurorunun İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Qalant, eləcə də HƏMAS-ın üç liderinin hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunaraq həbsə order verilməsi tələbini dəstəkləyib.

Xuraman Etibarlı

İnterpress.az