Fransada 4 hava limanının bomba təhdidlərinə görə boşaldıldığı bildirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Fransanın BFMTV kanalının xəbərinə görə, ölkənin Bordo, Nant, Lil və Monpelye şəhərlərindəki hava limanları bomba təhlükəsi səbəbindən boşaldılıb.
Polis Montpelye hava limanına gələrkən bomba qrupları hava limanında axtarışlar aparır.
Yerli vaxtla saat 10.30-da Lille hava limanından təxminən 300 sərnişin təxliyyə edilsə də, bu hava limanında fəaliyyətlər 12.00 radələrində tədricən bərpa edilib.
Son günlər ölkədə məktəb, hava limanı, muzey kimi ərazilərdə edilən saxta bomba təhdidlərinin ardından ədliyyə naziri Erik Dupond-Moretti dünən mətbuata açıqlamasında saxta bomba hədəsi verənləri tapıb cəzalandıracaqlarını açıqlayıb.
Dünən ölkədəki 6 hava limanı bomba hədələrinə görə boşaldılıb, lakin xəbərlərin əsassız olduğu üzə çıxıb.