Fransadan İsrail şirkətlərinə QADAĞAbackend

Fransadan İsrail şirkətlərinə QADAĞA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa İsrail şirkətlərinin Parisdə keçirilən müdafiə sərgisində iştirakını qadağan edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Politico” Fransa Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən xəbər verir.

Məlumata görə, Fransa İsrailin müdafiə şirkətlərinə dünyanın ən böyük silah sərgilərindən biri olan Eurosatory-də iştirakını qadağan edib.

Səbəb kimi “İsrailin Qəzza zolağında davam edən müharibəsi” göstərilir.

“Fransa prezidenti İsrailin Rəfahdakı əməliyyatlarını dayandırmağa çağırdığı bir vaxtda hazırkı şərtlər İsrail şirkətlərinin Fransa sərgisində xoş qarşılanmasına imkan vermir”, – mənbə vurğulayıb.

Qeyd olunan sərgi iyunun 17-də Parisdə keçiriləcək.

Xuraman Etibarlı

İnterpress.az