“Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri aprelin 19-da İtaliyada keçiriləcək iclasında İsrailin İrana zərbələri ilə bağlı vəziyyət müzakirə edəcək.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Joli “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
“Kanada Xarici İşlər Nazirliyinin rəsmiləri İranda gecə baş verən partlayışlar barədə mənə məlumat verdilər. Biz vəziyyəti diqqətlə izləyirik. Bu gün səhər məsələni xarici işlər nazirləri ilə müzakirə edəcəyik”, – o bildirib.