Goranboyda mikroavtobusla minik maşını toqquşub, 8 nəfər xəsarət alıbbackend

Goranboyda mikroavtobusla minik maşını toqquşub, 8 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboyda baş verən yol qəzasında 8 nəfər xəsarət alıb.

Hadisə səhər saatlarında Goranboy-Borsunlu-Gəncə magistral yolunda qeydə alınıb.

Rayonun Veyisli kənd sakini 1986-ci il təvəllüdlü X.Cəfərovun idarə etdiyi “Ford Fusion” markalı minik avtomobili ilə Balakürd kənd sakini, 1990-cı il təvəllüdlü A.Nəbiyevin idarə etdiyi “QAZel” markalı mikroavtobus toqquşub.

Qəzada xəsarət alanların Goranboy sakinləri olduğu bildirilir.

Araşdırma aparılır.