Dalğıclar Göyçə gölündə batan 25 yaşlı bəstəkarın meyitini tapıblar.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bu gün, iyunun 3-də Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Sevan xüsusi sularda xilasetmə dəstəsinin dalğıc-xilasediciləri iki günlük axtarış işləri nəticəsində göldə batan bəstəkar Anait Mnatsakanyanın meyitini aşkar ediblər.
Faktla bağlı Sevan İstintaq Şöbəsində cinayət işi açılıb.
Məliuimata görə, iyunun 1-də səhər saatlarında Sevan polis şöbəsinə vətəndaş zəng edərək 25 yaşlı qızının itkin düşdüyünü bildirib. O, qızının gecə saatlarında Sevan (Göyçə – red.) gölündəki “Best Western Bohemian Resort” istirahət zonasına getdiyini, səhər isə o, ondan heç bir xəbər almadığını və onun boğulduğuna dair şübhələrinin olduğunu qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az