Həkim SƏHLƏNKARLĞI: Başından travma alan uşaq səhvən SÜNNƏT EDİLDİbackend

Həkim SƏHLƏNKARLĞI: Başından travma alan uşaq səhvən SÜNNƏT EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krımda həkimlərin dəhşətli səhvə yol veriblər. Onlar başından zədə alan uşağa səhvən sünnət əməliyyatı ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Krım yarımadasında tibbi səhlənkarlıq nəticəsində inanılmaz bir hadisə yaşanıb. Altı yaşlı uşaq başına aldığı zədə ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, uşaq yıxılaraq başından xəsarət aldığı üçün valideynləri onu xəstəxanaya çatdırıb.

Həkimlər uşağın rentgen müayinəsindən keçirilməsinə qərar veriblər. Bu zaman anestezioloq valideynlərə yaxınlaşaraq, uşağın travma aldığını və bir qədər gözləməli olduqlarını bildirib.

Bir müddət sonra valideynlərə oğullarının artıq narkozdan ayılmaqda olduğu deyilib. Şoka düşən valideynlər dərhal palataya daxil olduqda dəhşətli mənzərə ilə qarşılaşıblar: oğulları huşsuz vəziyyətdə olub, lakin bədənindəki sarğı baş nahiyəsində deyil, qasıq nahiyəsində olub.

Məlum olub ki, cərrah xəstələri qarışdırıb və başından xəsarət alan uşağın yerinə tamamilə fərqli bir əməliyyat – sünnət icra edib.

Baş verən bu ağır səhvdən sonra valideynlər dərhal polisə şikayət ediblər.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırmalara başlanılıb, tibbi heyətin məsuliyyəti yoxlanılır.

Xuraman Etibarlı

İnterpress.az