HƏMAS fələstinliləri İsrailə təzyiqi artırmağa ÇAĞIRDIbackend

HƏMAS fələstinliləri İsrailə təzyiqi artırmağa ÇAĞIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS sözçüsü fələstinliləri İsrailə təzyiqi artırmağa çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə HƏMAS Teleqram kanalı məlumat yayıb.

HƏMAS-ın yüksək səviyyəli sözçüsü Əbu Ubeydə fələstinliləri İsrailə təzyiqi artırmağa çağırıb.

“Biz xalqımızın bütün kütlələrini müqaviməti bütün formalarda və bütün cəbhələrdə gücləndirməyə çağırırıq”, – Əbu Ubeydə deyib.

O, İranın İsrailə hücumlarını şərh edərkən qeyd edib ki, “bu əməliyyat mühüm qaydaları təhrif edərək, düşmənin və onun arxasında duranların hesablamalarını çaşdıraraq yeni qaydalar yaradıb”.

Xuraman Etibarlı

İnterpress.az