HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyə İraqın baş naziri əl-Sudani ilə telefonla danışıb.
İnterpress.az xəbər verir ki, bu barədə HƏMAS saytı məlumat yayıb.
Onlar İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinin şərqində həyata keçirdiyi antiterror əməliyyatını müzakirə ediblər.
2023-cü ilin oktyabrında Haniyə İraqa ilk səfərini planlaşdırırdı və bu səfər zamanı ölkənin prezidenti və baş naziri ilə görüşlər keçirilməli idi.
Qəzza zolağı ətrafındakı vəziyyətə görə bu səfər daha sonra ləğv edilib.
Xuraman Etibarlı
İnterpress.az