HƏMAS Türkiyənin İsraillə ticarət əlaqələrini tamamilə kəsmək qərarı ilə bağlı münasibət bildirib. (.
İnterpress.az xəbər verir ki, bu barədə HƏMAS saytı məlumat yayıb.
HƏMAS Türkiyə Cümhuriyyətinin son qərarlarını Fələstin xalqının qələbəsi və soyqırım iddiasına qoşulduğunun elanı kimi qiymətləndirib.
Hərəkat bu gün, cümə günü mətbuata açıqlamasında bu cəsarətli qərarları türk xalqının Fələstin xalqının mübarizəsinə, onların azadlıq və öz müqəddəratını təyinetmə haqqına dəstək verən həqiqi mövqeyinin davamı və əksi kimi qiymətləndirib.
Hərəkat bütün ölkələri, xüsusən də ərəb və islam ölkələrini İsraillə bütün əlaqələri kəsməyə, onu beynəlxalq miqyasda təcrid etməyə və onu və onun liderlərini “sistematik cinayətlərinə görə” məsuliyyətə cəlb etməyə çağırıb.
Xuraman Etibarlı
İnterpress.az