Belqorod vilayətində hərbi dislokasiya məntəqəsində atışma baş verib
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, iyulun 12-nə keçən gecə Belqorod vilayətində hərbi dislokasiya məntəqəsində atışma olub. Ölən və yaralananlar var.
İlkin məlumata görə, Belqorod vilayətinin rayonlarından birində baş verən atışmadan sonra “Ələkeçirmə” planı elan edilib. Onlar Kalaşnikov avtomatı və 70 patronu olan hərbçi axtarırlar. Məlumat dəqiqləşdirilir.
Xuraman Etibarlı
İnterpress.az