Hindistan İrana ÇAĞIRIŞ ETDİ: “Əsir götürülən 17 hindistanlı girovu azad et”backend

Hindistan İrana ÇAĞIRIŞ ETDİ: “Əsir götürülən 17 hindistanlı girovu azad et”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan İranı “MSC Aries”də əsir götürülmüş 17 hindistanlı girovu azad etməyə çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Cayşankar X (Twitter) hesabında məlumat verib. Məlumatda bildirilir ki, aprelin 14-də İran və Hindistanın xarici işlər nazirləri Abdullahian və Cayşankar arasında telefon danışığı olub.

Cayşankar aprelin 13-də Hörmüz boğazı yaxınlığında İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən ələ keçirilən MSC Aries-in 17 hindistanlı girovunun azad edilməsinə çağırıb.

Nazirlər regiondakı vəziyyəti müzakirə ediblər və gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar.

Xuraman Etibarlı

İnterpress.az