Hökumətə etiraz olaraq istefa verən polşalı hakim Belarusdan SİYASİ SIĞINACAQ İSTƏDİbackend

Hökumətə etiraz olaraq istefa verən polşalı hakim Belarusdan SİYASİ SIĞINACAQ İSTƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşalı hakim hökumətə etiraz olaraq istefa verib və Belarusdan siyasi sığınacaq istəyib.

İnterpress.az xəbər verir ki, bu barədə o, mayın 6-da keçirdiyi mətbuat konfransı zamanı məlumat verib.

Polşalı hakim Tomaş Şmidt Varşavanın siyasətinə etiraz olaraq tutduğu vəzifədən istefa ərizəsini oxuyub və imzalayıb.

O, Belarusdan siyasi sığınacaq istədiyini bildirib.

Şmidt Varşavanın Voyevodalıq İnzibati Məhkəməsində işləyib və Polşa Hakimlər Milli Şurasında hüquq şöbəsinə rəhbərlik edib.

O, artıq Belarusdadır, Minsk və Moskva ilə sülhün və mehriban qonşuluq münasibətlərinin tərəfdarı olduğunu bildirib.

Xuraman Etibarlı

İnterpress.az