Hollivudun məşhur səs aktyoru Tom Keyn VƏFAT ETDİbackend

Hollivudun məşhur səs aktyoru Tom Keyn VƏFAT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səsləndirmə əfsanəsi Tom Keyn 65 yaşında vəfat edib

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Dünyaca məşhur animasiya layihələrinin səsləndirilməsi ilə tanınan aktyor Tom Keyn 65 yaşında dünyasını dəyişib.

O, karyerası ərzində bir çox ikonik obrazlara səs verib. Aktyor “Ulduz müharibələri” animasiya layihələrində ustad Yodanı, “Kim Beş-plus”da Drako Makaqu, “Vəhşi Tornberri ailəsi”ndə Darvini, “Superqızlar”da professor Utoniumu, “Qisasçılar: Yer kürəsinin ən böyük qəhrəmanları”nda Altronu, “Wolverine və X-Men”də isə Maqnetonu səsləndirib.

Tom Keyn özünəməxsus səs tembri və peşəkarlığı ilə animasiya dünyasında dərin iz buraxıb.

Xuraman Etibarlı

İnterpress.az