İrəvana və Bakıya səfərlər zamanı sülh perspektivləri, müxtəlif təhlükəsizlik və humanitar narahatlıqlar barədə məlumat almaq üçün ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri İan Borq (Ian Borg) tərəflərin mövqelərini dinləyib.
İnterpress.az bildirir ki, İan Borq deyib tərəflərə açıq şəkildə Azərbaycan və Ermənistan arasında davamlı və hərtərəfli sülhə nail olmaq hamının marağında olduğunu və ATƏT üçün əsas prioritet olaraq qaldığını bildirdiyini deyib:
“Hər iki paytaxtda apardığım müzakirələrdən gəldiyim qənaət odur ki, irəliləyiş əldə edilib və hərtərəfli sövdələşmənin əldə olunacağına nikbin baxıram. Bu cür proseslər mürəkkəbdir və vaxt istəyir. Biz vaxt qrafikləri tətbiq etməklə danışıqlar aparanlara hədsiz təzyiq göstərməməliyik. Vacib olan müqavilənin keyfiyyəti və davamlılığıdır. Sülh və təhlükəsizliyə nail olmaq üçün bizə praqmatizm, realizm və həqiqi siyasi iradə lazımdır”.
Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar./Report