İqlim dəyişikliyinə QEYRİ-ADİ ETİRAZ: Rəssam özünü ZƏNGDƏN ASDI – VİDEObackend

İqlim dəyişikliyinə QEYRİ-ADİ ETİRAZ: Rəssam özünü ZƏNGDƏN ASDI  – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesiya Biennalesində avstriyalı rəssam özünü zəngə bağlayıb “zəng çalıb.”

İnterpress.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.

İtaliyada keçirilən 61-ci Venesiya İncəsənət Biennalesində Avstriya pavilyonu maraqlı və bir o qədər də qeyri-adi bir performansa ev sahibliyi edib.

Rəssam Florentina Holtsinger öz bədənini zəngin içərisində havadan asaraq zəng çalmaqla səs çıxarıb.

Zəngin üzərində qədim Roma filosofu Siseronun məşhur “O tempora, o mores!” (“Ey zamanlar, ey əxlaqlar!”) ifadəsi həkk olunub.

Rəssam bu performansı ilə insanlığı qlobal iqlim dəyişikliyinin yaratdığı “iqlim apokalipsisi”nə diqqət yetirməyə və mövcud əxlaqi-mədəni deqradasiyanı tənqid etməyə çağırıb.

Xuraman Etibarlı

İnterpress.az