İran ABŞ-yə ŞƏRT QOYDU: “Bunu etsəniz, İsrailə hücum etməyəcəyik”backend

İran ABŞ-yə ŞƏRT QOYDU: “Bunu etsəniz, İsrailə hücum etməyəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Qəzza zolağında atəşkəsi təmin edərsə, İran İsrailə hücum etməkdən çəkinə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb. Bildirilir ki, aprelin 6-da İran Qəzza zolağında atəşkəs əldə olunarsa, İsrailə hücum etməkdən çəkinəcəyi barədə ABŞ-ni məlumatlandırıb.

Ərəb diplomatik mənbəsinə görə, “Amerika vəziyyəti cilovlaya bilsə, bu, Bayden administrasiyası üçün böyük uğur olacaq”.

Aprelin 7-də Qətərin “Əl-Ərəbi Əl-Cədid” qəzeti Ramazan bayramında (9-10 aprel) Qəzza zolağında “humanitar atəşkəsə və ya müvəqqəti atəşkəsə” nail oluna biləcəyini yazıb.

Xuraman Etibarlı

İnterpress.az