İran parlamentində deputatlar arasında əlbəyaxa dava düşübbackend

İran parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran parlamentində deputatlar arasında yaşanan mübahisə əlbəyaxa davaya çevrilib.

“Report” xəbər verir ki, məlumatı “Hamshahri Online” yayıb.

Bildirilib ki, mandatlar elan olunan zaman deputatlar Malik Şəriəti və Qulamrza Tacgerdun bir-birinə əl işarəsi göstəriblər, bu isə mübahisəyə və əlbəyaxa davaya səbəb olub. Bunun ardınca onların tərəfdarları da davaya qarışıb.

Məlumata görə, yeni parlamentin mayın 30-da keçirilən iclasında deputatların səlahiyyətləri təsdiqlənir. Mayın 29-da Malik Şəriətinin başçılıq etdiyi nümayəndələr parlamentin Rəyasət Heyətinə Qulamrzanın səlahiyyətlərinin təsdiqinə etiraz məktubu təqdim edib. Qulamrza Tajgerdunun tərəfdarları isə bu gün onlara cavab veriblər.

Qeyd edək ki, parlamentə seçkilər martın 1-də keçirilib.