Həmidə Zərabadi İran prezidentliyinə namizədliyini irəli sürən ikinci qadın olub.
İnterpress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilir ki, Həmidə Zərabadi İran prezidentliyinə namizədliyini irəli sürən ikinci qadındır.
O, keçmiş millət vəkilidir və mühəndislik üzrə fəlsəfə doktorudur.
Xatırladaq ki, bundan əvvəl İran parlamentinin üzvü Zöhrə İlahian növbədənkənar keçirilən 14-cü prezident seçkisində qeydiyyatdan keçib.
Xuraman Etibarlı
İnterpress.az