İran və Almaniya XİN başçıları İslam Respublikasının İsrail ərazisinə hücumunu müzakirə ediblərbackend

İran və Almaniya XİN başçıları İslam Respublikasının İsrail ərazisinə hücumunu müzakirə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə telefon danışığı aparıb və tərəflər İslam Respublikasının İsrail ərazisinə etdiyi hücumu müzakirə ediblər.

İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin teleqram kanalında məlumat yayılıb.

Məlumata görə, Abdullahian almaniyalı həmkarına bildirib ki, İran əməliyyatı həyata keçirərkən İsraili qırmızı xətləri keçməyin nəticələri barədə xəbərdar etməyi qarşısına məqsəd qoyub.

Nazir bildirib ki, Tehran İslam Respublikasının Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə hücumda istifadə olunan İsrailin hərbi obyektlərinə qarşı minimal və dəqiq əməliyyat keçirib.

İran XİN başçısı Almaniyanın səylərinin İranın qanuni hərəkətlərini pisləmək deyil, Qəzza zolağında münaqişənin dayandırılmasına və Yaxın Şərqdə təhlükəsizliyin bərqərar olmasına yönəldiləcəyinə ümidvar olduğunu bildirib.