İranın kəşfiyyat missiyalarını yerinə yetirmək üçün işə götürülən üç israilli həbs edilib.
interpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. Nəşr xəbər verir ki, İran kəşfiyyatçılarının göstərişi ilə tapşırıqları yerinə yetirməkdə şübhəli bilinən 3 İsrail vətəndaşına qarşı ittiham aktı hazırlanıb.
İstintaq göstərir ki, Beyt Şemeş şəhərinin 21 yaşlı sakini Telegram vasitəsilə təlimat alıb.
Tapşırıqlar arasında pulların təhvil verilməsi, İsrail vətəndaşlarının şəxsi evlərinin qapısına kəsilmiş heyvan başlarının və hədələyici yazılar olan gəlinciklərin taxılması, meşələrin yandırılması və ictimai yerlərdə təxribat xarakterli bildirişlərin yerləşdirilməsi daxildir.
Bəzi tapşırıqları yerinə yetirmək üçün o, pul mükafatı üçün tapşırıqları yerinə yetirən daha iki İsrail vətəndaşını işə götürüb.
Xuraman Etibarlı
İnterpress.az