İrəvan və Bakı Zəngəzurda kommunikasiyalara nəzarətin özəl şirkətə verilməsini müzakirə edir.
interpress.az xəbər verir ki, bu barədə erməni politoloq Sergey Melkonyan “İran Cənubi Qafqazda regional proseslərə təsir faktoru kimi” adlı elmi konfransda deyib.
Danışıqlar Ermənistan və Azərbaycan nümayəndələrinin ABŞ-də son görüşü zamanı baş tutub.
Melkonyan bildirib ki, Tehran İrəvanın kommunikasiyalar üzərində nəzarəti ən azı qismən itirdiyi istənilən ssenariyə qarşıdır.
“Tehran konkret olaraq regionda özünün “qırmızı xətlərini” təyin edir, bunlardan birincisi Zəngəzur dəhlizidir.
İranın mütəmadi olaraq vurğuladığı ikinci qırmızı xətt sərhəd dəyişiklikləridir.
Üçüncüsü, demoqrafik tarazlığın dəyişməsidir”, – Melkonyan deyib.
Xuraman Etibarlı
İnterpress.az