Məşhur müğənninin konsertləri zamanı terror aktları planları ifşa olunub.
interpress.az xəbər verir ki, bu barədə MKİ rəhbərinin müavini Koen məlumat verib.
Mərkəzi Kəşfiyyat İdarəsi Avstriyaya İŞİD-in 8-10 avqust tarixlərində Teylor Sviftin Vyanada konsertləri zamanı terror aktları törətmək planlarına dair kəşfiyyat məlumatı təqdim edib.
Qeyd olunur ki, 4 İŞİD üzvü saxlanılıb, onların üzərində bomba komponentləri və konsert məkanına giriş imkanı aşkarlanıb.
Amerikalı müğənni Teylor Sviftin avqustun 8-10-da Vyanada planlaşdırılan 3 konserti terror aktları təhlükəsi səbəbindən ləğv edilib.
Xuraman Etibarlı
İnterpress.az