İspaniyada Fələstinlə bağlı xarici işlər nazirlərinin görüşü keçirildi – VİDEObackend

İspaniyada Fələstinlə bağlı xarici işlər nazirlərinin görüşü keçirildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada Fələstinlə bağlı bir sıra müsəlman və Avropa ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib. 

İnterpress.az xəbər verir ki, bu barədə İspaniya Baş naziri Sançesin X hesabında məlumat verilib.

Bildirilir ki, Fələstinin müstəqil dövlət kimi tanınması məsələsi ilə bağlı İspaniyada bir sıra müsəlman və Avropa ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib.

İclasda Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi, həmçinin Türkiyə, Norveç, Sloveniya, Misir, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, İndoneziya, Nigeriya xarici işlər nazirləri və Fələstin Muxtariyyətinin baş naziri iştirak edib.

Xuraman Etibarlı

İnterpress.az