İsrail ordusu Hizbullahın batalyon komandirini MƏHV ETDİ – VİDEObackend

İsrail ordusu Hizbullahın batalyon komandirini MƏHV ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Hizbullah batalyonunun komandiri Məhəmməd Ovaçunu məhv edib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, İsrail ordusu Livanın cənubunda Hizbullah batalyonunun komandiri Məhəmməd Ovaçunu öldürüb.

Onunla yanaşı, gün ərzində 45-dən çox yaraqlı və təşkilatın 150 hərbi obyekti məhv edilib.

Eyni zamanda Qəzza zolağının cənubundakı Rəfah bölgəsində HƏMAS-ın bir dəstəsi məhv edilib və çoxlu sayda silah aşkar edilib.

Xuraman Etibarlı

İnterpress.az