İsrail qoşunlarının Livanın cənubundan çıxarılması atəşkəs razılaşmasının bir hissəsidir.
İnterpress.az xəbər verir ki, bu barədə Livanın “Əl Akhbar” qəzeti öz mənbələrinə istinadən yazır.
Dekabrın 9-da Livanda atəşkəs sazişinin icrasına nəzarət edəcək beynəlxalq monitorinq komitəsinin ilk iclası keçirilib.
Qeyd olunur ki, görüş BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) qərargahında CENTCOM-un xüsusi əməliyyatlar komandanı, general-mayor Ceffersin iştirakı ilə baş tutub.
Mənbələr bildiriblər ki, bu razılaşmanın bir hissəsi olaraq İsrail ordusu bu gün Cənubi Livanın şərq sektorundan qoşunlarını çıxarmağa başlayacaq.
Eyni zamanda qeyd edilir ki, Livan ordusu bütün hazırlıqları başa çatdırıb və İsrail-Livan sərhədinə 6 min hərbçi yerləşdirməyə hazırdır.
Xuraman Etibarlı
İnterpress.az